ABŞ 2025-ci il üçün Brent neftinin orta qiymət proqnozunu bareli $67,8-ə yüksəldib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

ABŞ 2025-ci il üçün Brent neftinin orta qiymət proqnozunu bareli $67,8-ə yüksəldib

Müəllif - Fərid İslamov - Banco.az

ABŞ Energetika Nazirliyinin Energetika Məlumatları İdarəsi (EIA) 2025-ci il üçün Brent neftinin qiymət proqnozunu simvolik olaraq $67,22-dən $67,8-ə artırıb.

2026-cı il üçün proqnoz dəyişməyib – bareli $51,43.

EIA-nın qiymətləndirməsinə görə, avqustda Brent neftinin orta qiyməti bareli $68 olub. Analitiklər yaxın perspektivdə qiymətlərin aşağı düşəcəyini gözləyirlər: dördüncü rübdə ortalama $59/barel, 2026-cı ilin əvvəlində isə $50/barel.

Hesabatda bildirilir:
"Qiymət proqnozu OPEC+ üzvlərinin hasilatı artırarkən neft ehtiyatlarının əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Biz gözləyirik ki, qlobal neft ehtiyatları 2025-ci ilin üçüncü rübündən 2026-cı ilin birinci rübünə qədər gündəlik orta 2 mln bareldən çox artacaq. Aşağı neft qiymətlərinin 2026-cı ilin əvvəlində OPEC+ və qeyri-OPEC bəzi ölkələrin təkliflərini azaltmasına səbəb olacağını və bunun ilin sonlarında ehtiyatların artımını məhdudlaşdıracağını gözləyirik."