Müəllif - Fərid İslamov - Banco.az
Dünyanın ən böyük kafe şəbəkəsinə sahib ABŞ şirkəti Starbucks Corp., restrukturizasiya çərçivəsində təxminən 1% səmərəsiz kafeləri bağlamaq və yüzlərlə işçini işdən çıxarmağı planlaşdırır.
Şirkətin baş icraçı direktoru Brian Niccol-un saytında yayılan açıqlamaya görə, Şimali Amerikadakı kafelərin sayı sentyabr ayının sonuna qədər 18,3 minə endiriləcək.
İyul ayının sonuna qədər Şimali Amerikada Starbucks şəbəkəsində 18 734 müəssisə fəaliyyət göstərirdi.
Əlavə olaraq, ilin əvvəlində artıq minlərlə işçinin ixtisarını elan etmiş şirkət, indi daha 900 iş yerini ixtisar edəcək. Bu ixtisarlar əsasən dəstək bölmələrini əhatə edəcək və açıq vakansiyalar da azaldılacaq.
ABŞ-da Starbucks satışları altı rüb ardıcıl azalıb, tələb zəifdir və rəqabət güclüdür. Cari ilin üçüncü maliyyə rübündə Şimali Amerikada və ABŞ-da müqayisəli satışlar 2% azalıb.
