Yeni layihələrin təməli qoyulur. | Banco.az

Yeni layihələrin təməli qoyulur.

İtaliyanın Udine Ticarət Palatasının nümayəndələrinin  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasındakı görüşündə 2 ölkənin sahibkarlıq təşkilatları arasındakı mövcud iqtisadi əlaqələr müzakirə olunub.

Ölkəmizdə   uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyini qonaqların diqqətinə çatdıran Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayev bildirib ki, ölkəmizdə əlverişli biznes və investisiya mühiti  hökm sürür. Azərbaycanın artıq  investisiya ixrac edən ölkəyə çevrildiyini  qeyd edən  M.Musayev son illər İtaliya şirkətlərinin ölkəmizə olan marağını  da yüksək qiymətləndirib. İtaliya şirkətlərinin Azərbaycan bazarında xüsusi çəkiyə malik olduğu da istisna olunmayıb. İki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlığı  üçün Sahibkarlar Konfederasiyasının  lazımı dəstək verəcəyi vəd olunub. Konfederasiyanın nəzdində “ASK Biznes Konsaltinq” MMC-nin  artıq fəaliyyətə başlaması və  bu qurumun  xarici şirkətlərin ölkəmizdə qeydiyyatdan keçməsinə və digər məsələlərin həllinə   köməklik  edəcəyi qonaqların nəzərinə çatdırılıb.

“ASK Biznes Konsaltinq” MMC-nin fəaliyyətə başlamasını maraqla qarşılayan İtaliyanın Udine Ticarət Palatasının  prezidenti dr.Pozzonı  palatanın yerləşdiyi bölgə haqqında ətraflı məlumat verib. Triest  vilayətinin əlverişli liman şəhəri olduğunu, bölgədə 1 mln.200 min insanın məskunlaşdığını, sözügedən ərazidə  1000 –dək şirkətin fəaliyyət göstərdiyini tədbir iştirakçıları ilə bölüşüb.  Dr. Pozzo həmçinin onu da bildirib ki,  bu şirkətlər arasında beynəlxalq səviyyədə maraq doğuran brendlər də az deyil. Təsadüfi deyil ki, İtaliya şirkətləri içində Azərbaycanda tikinti sahəsində özünəməxsus payı olanlar da var. İtaliyanın Udine Ticarət Palatasının   prezidenti hələlik Bakıda 9 şirkətlə təmsil olunduqlarını, lakin  gələcəkdə bu siyahının daha da genişlənəcəyini bildirib. Qeyd edib ki,gələn ilin mart ayında ölkəmizə İtaliyalı iş adamlarından ibarət böyük bir nümayəndə heyətinin səfəri gözlənilir. Əsasən dizayn, tikinti, qida, sənaye,mebel və s. sektorlarda fəaliyyət göstərən  italiyan sahibkarlar Azərbaycanda işgüzar əlaqələr yaratmaq niyyətindədirlər. Ölkəmizə təşrif gətirən nümayəndə heyətinin  əsas məqsədi səfər çərçivəsində bir-sıra layihələrin təməlini qoymaq missiyasından  ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra Sahibkarlar Konfederasiyasının  prezidenti qonaqları maraqlandıran suallara cavab verib.

Ən sərfəli krediti almaq üçün müraciət et