Azərbaycan sığorta növlərini təkmilləşdirmək üçün layihələr həyata keçirəcək | Banco.az

Azərbaycan sığorta növlərini təkmilləşdirmək üçün layihələr həyata keçirəcək

Azərbaycanda həm könüllü, həm də icbari sığorta növlərinin təkmilləşdirilməsi ilə bağlı layihələr həyata keçiriləcək.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta Fəaliyyətinin Tənzimlənməsi Departamentinin direktoru Pənah Bənnayev Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025"də bildirib.

"Azərbaycanın sığorta sektoru öz potensialını reallaşdırır. Bununla belə, həm könüllü, həm də icbari sığorta sistemlərinin təkmilləşdirilməsi, satış kanallarının genişləndirilməsi, aqrar sığorta sisteminin təkmilləşdirilməsi və rəqəmsallaşmanın dəstəklənməsi üzrə layihələr icra ediləcək", - deyə o qeyd edib.