“Milli Standartlaşdırma Proqramı" layihəsi hazırlanıb | Banco.az

“Milli Standartlaşdırma Proqramı" layihəsi hazırlanıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında iştirak ediblər.

Bu barədə  AZSTAND-dan bildirilib.

    İclas zamanı Avropa standartları əsasında hazırlanmış keramik plitələr üçün yapışdırıcılar və beton üçün istifadə olunan dolduruculara dair tələbləri müəyyənləşdirən yeni dövlət standartlarının layihələri müzakirə edilib.

    Daha sonra “2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nın yekun layihəsi, o cümlədən “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında” milli texniki reqlament layihəsinin tərtibat vəziyyəti barədə məlumat verilib.

    Sonda AZSTAND/TK 10-un cari fəaliyyəti, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.