Tramp Kanadaya tarifləri 10 faiz artıracağını açıqlayıb | Banco.az

Tramp Kanadaya tarifləri 10 faiz artıracağını açıqlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Kanadaya gömrük rüsumlarını 10 faiz artıracağını açıqlayıb.

Banco.az xəbər verir ki, Tramp sosial mediada bəyan edib ki, Kanada Reyqanın tariflərlə bağlı çıxışını manipulyasiya edən reklam yayımlayarkən cinayət başında yaxalanıb.

Tramp reklamın dərhal ləğv edilməli olduğunu, lakin saxta olduğu bilinməsinə baxmayaraq, hələ də yayımlandığını vurğulayıb.

Ağ ev rəhbəri oktyabrın 23-də eyni reklama görə Kanada ilə bütün ticarət danışıqlarını dayandırdığını qeyd edib.