Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Rivian” xidmət və satış departamentlərindən 600 işçini ixtisar etmək qərarına gəlib.
Banco.az xəbər verir ki, ABŞ-lı elektrikli avtomobil istehsalçısı “Rivian Automotive Inc.”, ölkədəki elektrikli nəqliyyat vasitələri bazarındakı dəyişkənliyə qarşı tədbir olaraq təxminən 600 əməkdaşını işdən çıxarmaq qərarına gəlib.
Bloomberg-in məlumatına görə, işdən çıxarılmalar əsasən xidmət və satış şöbələrini əhatə edəcək və ticarət yönümlü vəzifələrə diqqət yetiriləcək.
2024-cü ilin sonuna olan vəziyyətə görə təxminən 15 min əməkdaş çalışdıran “Rivian” şirkətində bu ixtisarlar ümumi işçi sayının təxminən 4 faizinə bərabərdir, yəni təxminən 600 nəfəri əhatə edir.
“Rivian” nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!
