Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcələrini 100 bənd aşağı salıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini 39,50 faiz səviyyəsinə endirib.

Proqnozlar faiz dərəcəsinin 39 faiz səviyyəsinə endirilməsi istiqamətində idi.

Pul Siyasəti Komitəsi Mərkəzi Bankın gecəlik borcvermə faiz dərəcəsini 43,5 faizdən 42,5 faizə, gecəlik borclanma faiz dərəcəsini isə 39 faizdən 38 faizə endirib.

TCMB-nin qərar mətnində qeyd olunub ki, sentyabr ayında inflyasiyanın əsas meyli yüksəlib, son dövrə aid məlumatlar isə tələb şəraitinin dezinflasiyaya (inflyasiyanın azalmasına) yönəlmiş səviyyədə olduğunu, lakin dezinflasiya prosesinin yavaşladığını göstərir.

TCMB həmçinin bildirib ki, xüsusilə qida sektorunda son dövrlərdə baş verən qiymət dəyişiklikləri, inflyasiya gözləntiləri və qiymətqoyma davranışları vasitəsilə dezinflasiya prosesinə təsir edən riskləri daha da aydın şəkildə ortaya çıxarıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram