İngiltərədə inflyasiya proqnozlara uyğun gəlməyib | Banco.az

İngiltərədə inflyasiya proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya Statistika İdarəsi (ONS) sentyabr ayına dair inflyasiya göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, Böyük Britaniyada istehlak qiymətləri avqust ayı ilə müqayisədə dəyişməyib. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların orta gözləntisi isə qiymətlərin aylıq 0,1% artacağı istiqamətində idi. Yanvar ayından bəri hər ay artım müşahidə olunduğu halda, sentyabrda qiymətlər sabit qalıb.

İstehlak qiymətləri illik əsasda təhlil edildikdə, sentyabr ayında qiymətlərin 3,8% artdığı görülür. Proqnozlar bu artımın 4% olacağı istiqamətində idi.

Böyük Britaniyada illik inflyasiya artıq 3 aydır 3,8% səviyyəsində sabit qalır və bu göstərici fevral 2024-dən bəri ən yüksək səviyyə hesab olunur.

Enerji və ərzaq qiymətləri istisna edilməklə hesablanan əsas inflyasiya isə illik 3,5% səviyyəsinə enərək son 4 ayın ən aşağı göstəricisinə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram