Macarıstan Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Macarıstan Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Macarıstan Mərkəzi Bankı hökumətin pul-kredit yumşaldılmasına başlama çağırışlarına baxmayaraq, əsas faiz dərəcəsini 6,5 faiz səviyyəsində sabit saxlayıb. 

Banco.az xəbər verir ki, beləliklə, Macarıstan artıq 13 aydır faiz dərəcəsini dəyişməyib və Rumıniya ilə birlikdə Avropa İttifaqında borclanma dəyəri ən yüksək olan ölkələrdən biri olaraq qalır.

“Bloomberg”in sorğusunda iştirak edən 22 iqtisadçının hamısı da Mərkəzi Bankanın faiz dərəcəsini dəyişməyəcəyini proqnozlaşdırmışdı.

Mərkəzi Bankın rəhbəri Mihali Varga forinti dəstəkləmək və inflyasiyanı cilovlamaq üçün valyuta məzənnəsindən istifadəni müdafiə edərək hökumətin tənqidlərinə qarşı çıxıb. O, həmçinin maliyyə sabitliyinin təmin edilməsinin iqtisadi artım üçün ilkin şərt olduğunu vurğulayıb.

Sentyabr ayında illik inflyasiya Mərkəzi Bankın hədəfi olan 4 faiz səviyyəsindən yüksək olduğu üçün bazarlar Mərkəzi Bankın bu il faiz dərəcəsini endirmə ehtimalını aşağı qiymətləndirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram