Türkiyə ilə Küveyt arasında 4 müqavilə imzalanıb | Banco.az

Türkiyə ilə Küveyt arasında 4 müqavilə imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə ilə Küveyt arasında 4 müqavilə imzalanıb.

Banco.az xəbər verir ki, ilk olaraq, Türkiyə ilə Küveyt arasında “Dəniz Nəqliyyatı Sazişi” imzalanıb. 

Bundan əlavə, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Küveyt Daxili İşlər Nazirliyi arasında “Dənizçilərin Sertifikatlarının Qarşılıqlı Tanınmasına dair Anlaşma Memorandumu” qəbul edilib. Bu iki sənəd Türkiyənin xarici işlər naziri Hakan Fidan və Küveytin Baş nazirinin birinci müavini, daxili işlər naziri Şeyx Fahad Yusuf Saud əl-Sabah tərəfindən imzalanıb.

Enerji sahəsində əməkdaşlığı əhatə edən üçüncü anlaşma memorandumu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə Küveytin elektrik, su və bərpa olunan enerji naziri, maliyyə nazirinin müavini və iqtisadi məsələlər və investisiyalar üzrə dövlət naziri Dr. Subaih Abdulaziz Abdulmohsen əl-Muhaizem tərəfindən imzalanıb.

Nəhayət, Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə İdarəsi ilə Küveyt Birbaşa İnvestisiyaları Təşviq Agentliyi (KDIPA) arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu sazişi Türkiyə adından Prezidentliyinin İnvestisiya və Maliyyə İdarəsinin rəhbəri Ahmet Burak Dağlıoğlu, Küveyt adından isə KDIPA-nın baş direktoru Şeyx Dr. Meşal Cabir əl-Əhməd əl-Sabah imzalayıb.

Bu dörd saziş iki ölkə arasında iqtisadi, ticarət və enerji əlaqələrinin gücləndirilməsi baxımından yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram