Müəllif: Gülnar Əhmədli, Banco.az
PAŞA Bank-ın xalis mənfəəti cari ilin 1 oktyabr tarixinə 132 milyon 837 min manat təşkil edib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2025-ci ilin sentyabr ayının sonuna PAŞA Bank-ın aktivləri illik müqayisədə 356 milyon 675 min manat və ya 4,2% artaraq 8 milyard 932 milyon 496 min manata yüksəlib.
Bu ilin oktyabr ayının əvvəlinə PAŞA Bank-ın kredit portfeli 3 milyard 338 milyon 414 min manat təşkil edib ki, bu da illik 89 milyon 443 min manat (2,8%) artım deməkdir.
Hesabat dövrünə bankın depozit portfeli isə 6 milyard 766 milyon 210 min manat olub. Bunun da 1 milyard 759 milyon 694 min manatını fiziki şəxslərin depozitləri, 5 milyard 6 milyon 516 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!