Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya miqyasında elektrikli avtomobil satışları sentyabr ayında 2,1 milyon ədədə çataraq aylıq göstəricilər üzrə tarixi maksimum səviyyəyə yüksəlib.
Banco.az xəbər verir ki, Böyük Britaniya mənşəli tədqiqat şirkəti “Rho Motion” sentyabr ayına dair qlobal elektrikli avtomobil satışları ilə bağlı məlumatları açıqlayıb.
Hesabata əsasən, ötən ay dünyada 2,1 milyon elektrikli avtomobil satılıb. Bununla da, ilk dəfə olaraq aylıq satışlar 2 milyon ədəd həddini keçərək rekord səviyyəyə çatıb. Satışlar aylıq müqayisədə 20 faiz, illik müqayisədə isə 24 faiz artıb.
Rekord göstəricilərdən sonra yanvar-sentyabr dövründə dünyada satılan ümumi elektrikli avtomobil sayı 14,7 milyona yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 faizlik artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!