Azərbaycanın ən çox mal idxal etdiyi ölkələr | Banco.az

Azərbaycanın ən çox mal idxal etdiyi ölkələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ixracı 17 milyard 65 milyon dollar, idxalı isə 15 milyard 53 milyon dollar təşkil edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal illik müqayisədə 17,9% artıb (2024-cü ilin eyni dövründə 12 milyard 763 milyon dollar). 

Hesabat dövründə Azərbaycan ən çox məhsulu bu ölkələrdən idxal edib:

  1. Çin – 2,9 milyard dollar
  2. Rusiya – 2,5 milyard dollar
  3. Türkiyə – 1,6 milyard dollar
  4. ABŞ – 754,4 milyon dollar
  5. Böyük Britaniya –688,2 milyon dollar
  6. Almaniya – 566,9 milyon dollar
  7. Qazaxıstan – 481,6 milyon dollar
  8. İran – 395,3 milyon dollar
  9. Avstraliya – 371,5 milyon dollar
  10. İtaliya – 337,8 milyon dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram