Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 3 milyard 222 milyon 484 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 8,2% çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına ən çox investisiya yatıran 10 ölkə bunlar olub:
| Ölkələr | Məbləğ (dollar) | 
| Birləşmiş Krallıq | 806,3 milyon | 
| Türkiyə | 628,7 milyon | 
| Kipr | 353,4 milyon | 
| İsveçrə | 226,6 milyon | 
| İran | 176 milyon | 
| BƏƏ | 175,6 milyon | 
| Macarıstan | 166,2 milyon | 
| Rusiya | 129,7 milyon | 
| Yaponiya | 108 milyon | 
| ABŞ | 89,5 milyon | 
| Gürcüstan | 69,1 milyon | 
Bizi sosial şəbəkələrdən izləyin!!

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    