Müəllif:Mehin Qasımova,Banco.az
Amerikanın “Apple” şirkətinin səhmləri yeni “iPhone” smartfonunun təqdimatından sonra ucuzlaşıb
Banco.az xəbər verir ki, bu barədə “Nasdaq” birjasının ticarət məlumatlarında qeyd edilib.
Belə ki, şirkətin səhmləri təxminən 1,4% azalaraq 233,8 dollara satılıb.
Qeyd edək ki, sentyabrın 9-da korporasiya "iPhone 17" smartfonlarının yeni xəttini təqdim et. Ən diqqət çəkən yeni məhsul, şirkətin bir neçə il ərzində ilk tamamilə yeni smartfon modeli olan "iPhone 17 Air" oldu. Bu, ən nazik və istehsalçıya görə, ən davamlı iPhone-dur.
"Apple" şirkətinin məlumatına görə, iPhone-un yeni Pro versiyaları şirkətin smartfonları arasında ən yaxşı akkumulyatora malikdir - o, 39 saata qədər videoya baxmaq imkanı verir.
Təqdimatda həmçinin "AirPods" Pro 3 qulaqlıqları və yeni Apple Watch-un bir neçə versiyası nümayiş etdirilib.