Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb | Banco.az

Çinin valyuta ehtiyatları 3 trilyon dolları ötüb

Müəllif:Mehin Qasımova,Banco.az

Çinin Dövlət Valyuta Klirinq İdarəsi avqust ayı üçün valyuta ehtiyatı məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, ölkənin valyuta ehtiyatları avqustun sonunda əvvəlki ayla müqayisədə 29,9 milyard dollar artıb.

İyul ayı ilə müqayisədə 0,91 faiz artan ehtiyatların ümumi dəyəri 3,322 trilyon dollara çatıb.

Administrasiyadan verilən açıqlamada, qlobal maliyyə aktivlərinin qiymətlərinin ümumilikdə artdığı halda, avqust ayında ABŞ dolları indeksinin düşdüyü, valyuta ehtiyatlarının artmasının isə svop əməliyyatları və aktiv qiymətlərindəki dəyişikliklərin birgə təsirindən qaynaqlandığı bildirilib.