Tramp texnologiya liderləri ilə Ağ Evdə görüşdü – İlon Mask tədbirə qatılmadı | Banco.az

Tramp texnologiya liderləri ilə Ağ Evdə görüşdü – İlon Mask tədbirə qatılmadı

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə texnologiya sənayesinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

Banco.az xəbər verir ki, tədbir əvvəlcə mətbuata qapalı elan edilsə də, axşam yeməyindən qısa müddət əvvəl jurnalistlər üçün açılıb və Tramp texnologiya liderləri ilə birlikdə görüntülənib.

Görüşdə süni intellekt sahəsinə qoyulan sərmayələr xüsusi müzakirə olunub.

Tramp çıxışında ABŞ-ın bu istiqamətdə lider mövqeyini vurğulayaraq, Çini geridə qoyduqlarını bildirib. Şirkət rəhbərləri isə Trampa texnologiyaya verdiyi dəstəyə görə təşəkkür edib və süni intellekt layihələrinə yeni investisiyalarını açıqlayıblar.

Tədbirdə "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskın iştirak etməməsi diqqət çəkib.

Trampın yaxın dostu kimi tanınan Maskın yeməyə qatılmaması media nümayəndələrinin də marağına səbəb olub.