"OpenAI" Hindistanda fəaliyyətini genişləndirməyi planlaşdırır | Banco.az

"OpenAI" Hindistanda fəaliyyətini genişləndirməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OpenAI” bir neçə ay ərzində Hindistanın Yeni Dehli şəhərində korporativ ofis açmağı planlaşdırır.

Banco.az xəbər verir ki, süni intellekt şirkəti "OpenAI" bir neçə ay ərzində Hindistanın paytaxtı Yeni Dehlidə korporativ ofis açmağa hazırlaşaraq böyümə bazarında rəsmi fəaliyyətini genişləndirəcək.

ChatGPT adlı süni intellekt söhbət botu ilə tanınan şirkət yerli komandasını böyütmək məqsədilə işə qəbul elan edib. Ən azı yeddi illik iş təcrübəsi tələb olunduğunu və gələcəkdə daha çox vakansiya açıqlana biləcəyini bildirib.

Hazırda "OpenAI" şirkətinin Hindistanda yalnız bir əməkdaşı – Pragya Misra mövcuddur. Misra ötən il şirkətə qoşulub və ölkədə ictimai siyasət və tərəfdaşlıqların idarə olunması ilə məşğul olub.

Hindistan hökuməti hesab edir ki, "OpenAI"ın texnoloji bacarıqları və təcrübəsi sayəsində şirkətlər və süni intellekt tərtibatçıları ilə əməkdaşlıqlar artacaq.

OpenAI həmçinin az və geniş istifadə olunan Hindistan dilləri üçün dil modelləri inkişaf etdirməyi hədəfləyən 1,2 milyard dollarlıq “IndiaAI” Missiyası çərçivəsində federal hökumətlə əməkdaşlıq öhdəliyini üzərinə götürüb.

Bu genişlənmə eyni zamanda, “OpenAI”ın sürətlə dəyişən texnologiya sahəsində erkən mərhələli tənzimləmələrin formalaşdırılmasına dəstək olmaq səylərini vurğulayır. Bununla belə, dünyanın ən sıx əhalisi olan ölkəsi qlobal texnologiyaların inkişafı üçün yaxşı imkanlar yaratsa da, bəzən mürəkkəb bazar olduğunu bir daha göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram