Niyə Labubu oyuncaqları bu qədər populyar və bahadır? | Banco.az

Niyə Labubu oyuncaqları bu qədər populyar və bahadır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Labubu oyuncaqları son aylar sosial mediada və kolleksiyaçılar arasında böyük marağa səbəb olub. Tüklü bədənləri, iri gözləri və iti dişləri ilə həm sevimli, həm də bir az narahatedici görünüşü olan bu oyuncaqlar Honq Konqlu rəssam Kasing Lungun "The Monsters" hekayə kitabı seriyasından ilhamlanaraq hazırlanıb.

Labubu niyə bu qədər populyarlaşıb?

Bu oyuncaqlar çantalarda aksesuar və ya bəzək kimi istifadə edilir. Oyuncaqlar adətən qutularda satılır, ona görə də alıcı qutunu açana qədər içərisində hansı kukla olduğunu bilmir.

K. Lung bu oyuncaqları 2015-ci ildə "The Monsters" adlı şəkilli kitab trilogiyası ilə birlikdə yaradıb. Kitablar german-skandinav mifologiyasından ilhamlanıb və baş qəhrəman Labubunun hekayəsindən bəhs edir. Pop Mart-a görə, Labubu həmişə kömək etmək istəyən, lakin çox vaxt təsadüfən bunun əksinə nail olan mehriban məxluqdur.

2019-cu ildən Pop Mart müxtəlif ölçülərdə, rənglərdə, formalarda və üslublarda 300-dən çox Labubu oyuncağı satışa çıxarıb. Labubu ilə yanaşı, "The Monsters" qrupuna Mokoko, Pato, Spooky, Tycoco və Zimomo kimi digər personajlar daxildir.

Bəzi kuklalar digərlərinə nisbətən daha asan tapılsa da, Labubunun ən məşhur növlərindən biri qutularda satılır və orada hansı kuklanın olduğunu açana qədər bilmirsən.

Niyə bahalıdır?

Labubu oyuncaqları xüsusən də sosial mediada (TikTok kimi) böyük populyarlıq qazanıb. Labubu oyuncaqlarının baha olmasının əsas səbəbi onlara həm yüksək tələbatın olması, həm də məhdud sayda istehsal olunmasıdır. Bundan əlavə, məşhurların bu oyuncaqları populyarlaşdırması da qiymətlərin artmasına səbəb olub. 20, 50, 200, 300 dollarlıq və ya daha yüksək qiymətə də oyuncaqlar mövcuddur. Qiymət isə oyuncağın nadirliyinə görə fərqli olur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram