Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Dövlət Departamentinin yazılı açıqlamasında “Dövlət Departamentinin 6 mindən çox tələbə vizasını müddətinin bitməsi və qanun pozuntuları səbəbilə ləğv etdiyinə dair Fox News xəbərini təsdiqləyə bilərik” ifadəsinə yer verilib.
Banco.az xəbər verir ki, açıqlamada vizaların təxminən 4 mininin qanun pozuntuları səbəbilə, 200–300 nəfərə aid vizaların isə “terrorizm səbəbilə” ləğv edildiyi qeyd olunub.
ABŞ xəbər kanalı Fox News Dövlət Departamentinin “hücum, oğurluq və terrorizmə dəstək” səbəbilə 6 mindən çox tələbənin vizasını ləğv etdiyini bildirmişdi.
Xəbərdə Fələstin tərəfdarı etirazlara qatılan tələbələrin viza ləğvi məsələsində daha ciddi yoxlamaya məruz qaldığı vurğulanmışdı.
ABŞ Dövlət katibi Marko Rubio may ayında Fələstini dəstəkləyən etiraz və nümayişlərə qatılan tələbələrin viza vəziyyətini araşdırdıqlarını demiş və bunların ləğv ediləcəyi mesajını vermişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!