Çərşənbə axşamı neft qiymətləri ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında, eləcə də Avropa liderləri ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair danışıqların nəticələri fonunda ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 66,19 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,41 dollar (0,62%) aşağıdır. Bazar ertəsi bu müqavilələrin bir barelinin qiyməti 0,75 dollar (1,14%) artaraq 66,6 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,42 dollar (0,66%) ucuzlaşaraq 63 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,62 dollar (0,99%) artaraq bir barel üçün 63,42 dollar olub.