Müəllif: Tamara Mustafayeva, Banco.az
S&P Global Xidmət Sektorunda Aktivliyin Artdığını Bildirdi: PMI Son 14 Ayın Ən Yüksək Səviyyəsində
Banco.az xəbər verir ki, "S&P Global"ın Ümumi Xidmətlər üzrə Satınalma Menecerləri İndeksi (PMI) iyun ayında 50,6 səviyyəsində ikən, iyulda 52,6-ya yüksəlib. Bu göstərici son 14 ayın ən yüksək səviyyəsi hesab olunur.
Qeyd edək ki, indeksin 50-dən yuxarı olması sektorda genişlənməni, 50-dən aşağı olması isə daralmaya işarə edir.
S&P Global Market Intelligence-ın iqtisadiyyat üzrə direktor müavini Jingyi Pan, artımın əsas səbəblərini belə açıqlayıb:
"Daha yaxşı tələb şərtləri və xüsusilə üç ay fasilədən sonra ilk dəfə genişlənmə göstərən yeni ixrac sifarişləri ilə dəstəklənən xarici tələbdəki yaxşılaşma, xidmət sektorundakı son fəaliyyət artımını stimullaşdırdı."
Hesabatda həmçinin qeyd olunub ki, güclü turizm fəaliyyəti və daha sabit ticarət şəraiti, fevral ayından bu yana ixrac sifarişlərində ən sürətli artımın qeydə alınmasına səbəb olub.
Bizi sosial şəbəkələrdən izləyin!!