Dünya bazarlarında neftin qiyməti artıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 0,15 dollar və ya 0,20% faiz artaraq 71,74 dollara yüksəlib.
WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,74 dollar və ya 1,06% artaraq bir barelə görə 69,28 dollar təşkil edib.
İnvestorlar hesab edirlər ki, ABŞ-nin tətbiq etdiyi yeni və daha yüksək tariflər iqtisadi fəallığı yavaşlada və qlobal yanacağa tələbat artımını azalda bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!