Ölkədə istehsal olunan avtomobillərin sayı açıqlanıb | Banco.az

Ölkədə istehsal olunan avtomobillərin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 2 132 ədəd minik avtomobili, 146 ədəd yük avtomobili istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 4.9% (100 ədəd) artıb, yük avtomobili istehsalı isə 47.1% azalıb.

    Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 36 ədəd minik, 13 ədəd isə yük avtomobili təşkil edib.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram