Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın strateji valyuta ehtiyatları 9.4% artaraq 77.7 milyard ABŞ dollar səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Sədrin sözlərinə görə, bu, 6 ay ərzində 6.7 milyard ABŞ dolları artım deməkdir: “Mərkəzi Bankın valyuta ehtiyatları isə 11.2 milyard ABŞ dolları səviyyəsindədir. Strateji valyuta ehtiyatlarımız 36 aylıq mal və xidmətin maliyyələşdirilməsinə kifayət edir. Bu, kifayət qədər yüksək göstəricidir”.
Bizi sosial şəbəkələrdən izləyin!!