Müəllif: Tamara Mustafayeva, Banco.az
Fermerlər Brüsseldə Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı dəstəyinin gözlənilən kəsilməsinə qarşı nümayiş keçirib.
Banco.az xəbər verir ki, nwmayiş aksiyası Avropa Komissiyası üzvlərinin Aİ-nin uzunmüddətli büdcəsini müzakirə etdikləri və büdcə layihəsinin təklifini hazırladıqları iclas zamanı keçirilib.
Avropa İttifaqının uzunmüddətli büdcəsi “Çoxillik Maliyyə Çərçivəsi” (ÇMÇ) adlanır.
Aİ büdcəsindəki xərcləmə maddələrinə aid illik vəsait limitlərini əvvəlcədən müəyyən edən ÇMÇ maliyyə mənbələrinin Aİ-nin siyasi prioritetlərinə uyğun şəkildə bölüşdürülməsini hədəfləyir. Aİ büdcəsi qaydalara əsasən, xərclərin yuxarı sərhədlərinin müəyyən olunduğu 7 illik dövrlər üçün hazırlanır.
Aİ-nin 2021–2027-ci illəri əhatə edən və 1,2 trilyon avronu aşan ümumi büdcəsini müəyyən edən çərçivə 2020-ci ildə təsdiqlənmişdi.
Avropa Komissiyasının 2028–2034-cü illəri əhatə edən büdcə layihəsini bu gün açıqlayacağı gözlənilir.
İddialara görə, Komissiya növbəti büdcədə kənd təsərrüfatı subsidiyalarını əhatə edən ümumi kənd təsərrüfatı siyasəti, həmçinin regional inkişafı hədəfləyən uyğunlaşma siyasəti kimi müxtəlif proqramları birgə maliyyə fonduna toplamağı planlaşdırır. Fermerlər isə bu yanaşmadan və kənd təsərrüfatına dəstəyin azaldılmasından narahatdırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!