Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp BRİKS-in antiamerikan siyasətlərinə uyğun gələn ölkələrə əlavə 10% rüsum tətbiq ediləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Ağ ev lideri bu barədə "Truth Social" səhifəsində yazıb.
"BRİKS-in anti-Amerika siyasətləri ilə uyğunlaşan hər bir ölkə əlavə 10 faiz gömrük rüsumuna tabe olacaq. Bu siyasətdə heç bir istisna olmayacaq",- deyə Tramp qeyd edib.
Trampın bəyanatı BRİKS blokuna daxil olan inkişaf etməkdə olan ölkələrin Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitə toplaşdığı bir vaxtda verilib.
Qeyd edək ki, BRİKS ölkələri qrupuna Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya, İndoneziya və İran daxildir.