Tramp: FED sədri Amerikanın ayıbıdır | Banco.az

Tramp: FED sədri Amerikanın ayıbıdır

ABŞ prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelin “ölkəyə yüz milyardlarla dollar baha başa gəldiyini” və faiz dərəcəsinin 2,5 bənd aşağı olması lazım olduğunu bildirib.

Banco.az xəbər verir ki, Tramp Truth Social hesabında paylaşdığı yazıda FED sədri Paueli tənqid etməyə davam edib. 

Tramp: "Çox gec Cerom Pauel ölkəmizə yüz milyardlarla dollar baha başa gəlir. O, həqiqətən də hökumətdəki ən axmaq və ən dağıdıcı adamlardan biridir və FED İdarə Heyəti də ortaqdır".

Avropada 10 faiz endirimi edildiyini, ABŞ-da isə heç bir azalma olmadığını təkrarlayan Tramp , (faiz dərəcəsi) 2,5 bənd aşağı olmalı və biz Baydenin bütün qısamüddətli borclarına milyardlarla dollar qənayət etməli olduqlarını bildirib.

Tramp ölkədə inflyasiyanın aşağı olduğunu bildirib və Paueli “Amerikanın ayıbı” adlandırıb.

Qeyd edək ki, Fed  siyasət faizini dəyişməyərək 4,25-4,50 faiz səviyyəsində saxlayıb.