Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2025-ci ilin may ayında Türkiyədə 75 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 6-cı xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə may ayında xaricilərə mənzil satışları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,2% azalaraq 1 771 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 274 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (133 mənzil), üçüncü isə Almaniya (127 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 2024-cü ildə isə Türkiyədə ümumilikdə 866 mənzil alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!