ABŞ Trampın sərəncamından sonra 10 yeni nüvə reaktoru inşa etməyi planlaşdırır | Banco.az

ABŞ Trampın sərəncamından sonra 10 yeni nüvə reaktoru inşa etməyi planlaşdırır

ABŞ ölkə prezidenti  Trampın 2050- ci ilə qədər ölkənin nüvə enerjisinin 4 dəfə artırılması haqqında fərmanından sonra 10 nüvə reaktoru tikmək istəyir.

Banco.az xəbər ki, bu barədə The Financial Times (FT) yazır.

Nəşrin məlumatına görə, reaktorların tikintisi Westinghouse tərəfindən müzakirə olunub.

Firmanın müvəqqəti icraçı direktoru Dan Sumner bildirib ki, Westinghouse unikal mövqedədir, çünki onun reaktor dizaynı artıq təsdiqlənib və şirkət artıq təchizat zəncirləri yaradıb.

On reaktorun tikintisinin dəyərinin ən azı 75 milyard dollar olacağı gözlənilir.

Qeyd edək ki, Tramp 2030-cu ilə qədər yeni reaktorların tikintisinə dair göstəriş verib.O qeyd edib ki, ABŞ-ın çox enerjiyə ehtiyacı var və bu ehtiyacı ödəmək üçün nüvə reaktorları çox vacibdir.