DəmirBank müştəri sorğuları və şikayətləri üzrə qəbul saatları təyin edib | Banco.az

DəmirBank müştəri sorğuları və şikayətləri üzrə qəbul saatları təyin edib

DəmirBank müştəri xidməti keyfiyyətinin artırılması, müştəri şikayətlərinin və sorğularının daha səmərəli formada araşdırılması məqsədilə müştərilər üçün qəbul saatları təyin edib.

Artıq müştərilər həftənin II və IV günləri, saat 15:00-dan 17:00-dək Bankın baş ofisinə - Keyfiyyətə Nəzarət şöbəsinə yaxınlaşa bilərlər. Şöbənin əməkdaşları ilə görüş üçün əvvəlcədən telefon və ya e-mail vasitəsi ilə qeydiyyatdan keçmək zəruridir.

Qeyd edək ki, qəbul saatları ilə bağlı DəmirBank-ın korporativ internet saytında, Facebook və Twitter sosial şəbəkələrində məlumat yerləşdirilib. Qəbul saatları ilə bağlı müştəri (012) 149 nömrəsi və ya [email protected] e-mail-ı ilə qeydiyyatdan keçib, qəbula yazıla bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank üçün prioritet sahələrdən biri müştəri xidməti keyfiyyətinin artırılmasıdır. Bu sahədə son illərdə filial əməkdaşları üçün müxtəlif treninqlər keçirilib, filiallar geniş və rahat ofislərə köçürülüb, Q-Matic elektron növbə sistemi tətbiq edilib, “Gizli müştəri” araşdırmaları və bir çox digər işlər həyata keçirilib. Bank müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirir.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.