Maliyyə sabitliyi üçün əsas hədəf açıqlanıb | Banco.az

Maliyyə sabitliyi üçün əsas hədəf açıqlanıb

Maliyyə naziri Sahil Babayev maliyyə sabitliyi üçün əsas hədəfi açıqlayıb.

Bu barədə maliyyə nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

    Nazir qeyd edib ki, hesabat ilində icra olunmuş 21,3 milyard manat məbləğində cari xərclərin 90% və ya 19,2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanıb: “Bu, bizim üçün çox önəmlidir. Gələcək maliyyə sabitliyimizin, dayanıqlılığımızın qorunması baxımından əsas hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2024-cü ildə bu göstəricimiz 90 faiz olub. Biz 2026-cı ilin və növbəti 3 ilin büdcəsini təqdim edən zaman bu hədəfin üzərinə gələcəyik. Yaxın perspektivdə cari xərclərin 100 faizinin məhz qeyri-neft gəlirləri hesabına örtülməsini proqnozlaşdırırıq".