ABŞ prezidenti Tramp dövlət başçısı olduğu müddətdə ailəsinin gəliri digər ABŞ prezidentlərinin qazancını üstələyib.
Banco.az xəbər verir ki, New York Times (NYT) onu ölkənin kommersiya baxımından ən uğurlu lideri adlandırıb.
Nəşrin müəllifləri qeyd edirlər ki, Tramp və ailəsi əvvəllər qəzəbli reaksiya və rəsmi araşdırmalara səbəb ola biləcək fəaliyyətləri normallaşdıraraq, prezidentlik postunda hamıdan çox pul qazanıblar. Məsələn, Tramp onun haqqında çəkilən filmə görə Ceff Bezosdan 28 milyon dollar alacaq. Bundan əlavə, ailə və tərəfdaşlar artıq yeni kriptovalyutadan komissiya şəklində 320 milyon dollar qazanıblar, xaricdə daşınmaz əmlakla bağlı milyardlarla dollar sövdələşmələr aparıblar və Vaşinqtonda Exective Branch adlı eksklüziv klub açmağı planlaşdırırlar, giriş haqqı 500.000 dollardır.
Nəhayət, bir həftə əvvəl Qətər Trampa 400 milyon dollarlıq ultra dəbdəbəli Boeing 747-8 təyyarəsi verəcəyini vəd etdi.