Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-aprel Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 4 milyard 264 milyon 43 min dollar dəyərində olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 221 milyon 635 min dollar və ya 40,2% çoxdur.

Hesabat dövründə Azərbaycandan İtaliyaya 4 milyard 113 milyon dollarlıq (42% çox) mal ixrac edilib, bu ölkədən idxal isə 150 milyon 794 min dollar (4% çox) dəyərində olub. Bununla da İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı mövqeyini qoruyub. 

Qeyd edək ki, İtaliya həmçinin Azərbaycanın ən böyük neft idxalçısıdır. Belə ki, ötən ilk 4 ayda Azərbaycan İtaliyaya 2,4 milyard dollar dəyərində neft satıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram