Azərbaycanın Portuqaliyaya neft satışından qazancı 62%-dək artıb | Banco.az

Azərbaycanın Portuqaliyaya neft satışından qazancı 62%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Portuqaliya bu ilin yanvar-aprel aylarında Azərbaycandan 189 milyon 929 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 72 milyon 505 min dollar və ya 61,7% çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 353 min 986 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 86,2% artım deməkdir. 

Qeyd edək ki, ötən 4 ayda Portuqaliya Azərbaycandan ən çox neft alan 6-cı ölkə olub. Yanvar-aprel aylarında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram