2025-ci ilin I rübündə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 0.6 faiz bəndi azalaraq dövrün sonuna 33.1% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
Qeyd edilib ki, qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması 30.1% olub.
Son 1 ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 2 faiz bəndi, qeyrirezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması isə 1.4 faiz bəndi azalıb. Martın sonuna hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 46.2% təşkil edib.