"Telegram" mənfəətini açıqlayıb | Banco.az

"Telegram" mənfəətini açıqlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyalı iş adamı Pavel Durovun şirkəti "Telegram" ötən ili ümumi mənfəəti 540 milyon dollarla başa vurub.

Banco.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti messencerin investorlara təqdimatının materiallarına istinadən məlumat yayıb.

Məlumat görə, "Telegram" özü özəl şirkət olmaqla maliyyə hesabatlarını dərc etmir, lakin vaxtaşırı öz biznes fəaliyyətinin əsas nəticələrini sahibkarlara və investorlara təqdim edir. Ötən ilin nəticələrinə görə, messencerin ümumi gəliri 2023-cü ilin göstəricisi ilə müqayisədə 4 dəfə artaraq 1,4 milyard dollara çatıb.

12 ay ərzində bütün dünyada aktiv "Telegram" istifadəçilərinin sayı bir milyardı ötüb, şirkət aydınlaşdırıb. Mütəxəssislər messencerin əsas biznes göstəricilərinin artımını ilk növbədə ödənişli abunəçilərin sayının artması, həmçinin onun sahibi TON tərəfindən işə salınan kriptovalyuta ilə bağlantılardan əldə edilən gəlirlə əlaqələndirirlər.