Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) xüsusilə böyümə mərhələsində olan şirkətlərə dəstək vermək üçün “kiçik-orta” şirkətlərin tərifini dəyişdirəcək və işçilərin sayını 250-dən 750-yə yüksəldəcək qaydalar tətbiq etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Avropa Komissiyası müxtəlif Aİ qanunvericiliyindən azad ediləcək yeni bir "kiçik və orta ölçülü" şirkət kateqoriyasının yaradılmasını nəzərdə tutan tənzimləmə təklifi irəli sürüb.
Avropa Komissiyasının açıqlamasında bildirilir ki, bu tənzimləməyə əsasən, işçi sayı 750-dən, illik dövriyyəsi 150 milyon avrodan və ya ümumi aktivlərinin dəyəri 129 milyon avrodan çox olmayan şirkətlər "kiçik və orta ölçülü" kimi qəbul ediləcək.
Açıqlamada Aİ daxilində təxminən 38 min şirkətin bu kateqoriyaya daxil olacağı vurğulanıb və bu şirkətlərin Aİ-nin Ümumi Məlumatların Qorunması Qaydaları (GDPR), Maliyyə Alətləri Bazarları Direktivləri və Batareyaların İdarə Olunması Qaydaları kimi müxtəlif tənzimləmələrdən azad ediləcəyi qeyd olunub.
Hazırda Aİ ölkələrində kiçik və orta müəssisələr (KOB) 250 nəfərdən artıq işçisi olduqda iri müəssisə hesab olunur və bu zaman uyğunluq tələbləri və bürokratik prosedurlar artır. 250-dən az işçisi olan şirkətlər isə bəzi hesabatlılıq tələblərindən azaddır.
Yeni təkliflə bu həddin 750 işçiyə qədər yüksəldilməsi, xüsusilə inkişaf mərhələsində olan şirkətləri dəstəkləməyi hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!