Müəllif:Mehin Qasımova, Banco.az
Britaniyanın dəbdəbəli geyim, aksesuar və ətir istehsalçısı “Burberry” 2027-ci ilə qədər 1700-ə qədər iş yerini ixtisar edəcək.
Banco.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, satışların davam edən azalması və şirkətin gəlirlərinin 17% azalması səbəbindən xərclərin azaldılması proqramı ilə bağlıdır.
Dərc edilən planda deyilir ki, iş yerlərinin ixtisarı büdcəyə qənaəti ildə 100 milyon funt-sterlinqə qədər artıracaq.
FT-nin qeyd etdiyi kimi, Burberry-nin problemləri şirkətin “Hermes” kimi lüks brendlərlə rəqabət aparmağa çalışdığı səhv seçilmiş marketinq strategiyası ilə başladı.