ABŞ və Səudiyyə Ərəbistanı arasında tarixin ən böyük müqaviləsi imzalanıb | Banco.az

ABŞ və Səudiyyə Ərəbistanı arasında tarixin ən böyük müqaviləsi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Səudiyyə Ərəbistanı arasında təxminən 142 milyard dollar dəyərində "tarixin ən böyük silah satışı müqaviləsi" imzalandığı bildirilir.

Banco.az xəbər verir ki, Orta Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanını ziyarət edən ABŞ Prezidenti Donald Tramp ölkədən 600 milyard dollarlıq investisiya öhdəliyi alıb.

Ağ Ev tərəfindən verilən açıqlamada bildirilir ki, bu çərçivədə əldə olunan ilk razılaşmalarla ABŞ-ın enerji təhlükəsizliyinin, müdafiə sənayesinin, texnologiya sahəsində liderliyinin, həmçinin qlobal infrastruktur və strateji minerallara çıxışının gücləndiriləcəyi vurğulanıb.

Açıqlamada bu razılaşmaların hər iki ölkə üçün tarixi və transformativ xarakter daşıdığı, ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın yeni bir "qızıl dövrü" təmsil etdiyi qeyd olunub.

Həmçinin bildirilir ki, ABŞ və Səudiyyə Ərəbistanı "tarixdəki ən böyük silah satış razılaşması"na imza atıblar. Razılaşmanın dəyərinin təxminən 142 milyard dollar olduğu, bu çərçivədə Səudiyyə Ərəbistanına ABŞ-ın müdafiə şirkətləri tərəfindən son texnologiyalı hərbi avadanlıqlar və xidmətlər təqdim ediləcəyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram