“Bank Technique” metropoliten işçilərinə sadələşdirilmiş şərtlərlə kredit imkanı yaradır | Banco.az

“Bank Technique” metropoliten işçilərinə sadələşdirilmiş şərtlərlə kredit imkanı yaradır

Bu gün Bakı Metropoliteni işçiləri öz peşə bayramını qeyd edirlər. Metropoliten işçilərini əməkhaqqı kartları ilə təmin edən Bank olaraq, “Bank Technique” onları peşə bayramı münasibətilə tərik edir və güzəştli şərtlərlə kreditlərdən yararlanmağı təklif edir.
Belə ki, metro işçilərinə aylıq əməkhaqqının 90% miqdarında 12 aylıq 18% illik faiz dərəcəsi ilə kredit xətti sadələşdirilmiş şərtlərlə, şəxsiyyət vəsiqəsi və metropoliten işçisi olduğunu təsdiq edən vəsiqə ilə açılır. Bundan əlavə, “Bank Technique” metro işçilərinə əmək haqqının 3 və 5 (kredit zaminlik əsasında açılır) mislində 24% illik faiz dərəcəsi ilə 18 aya qədər müddətə kreditlər də təklif edir.

Məlumat üçün:

Ən sərfəli kredit üçün müraciət et

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda “Bank Technique”in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.