Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun ilin birinci rübündə xalis mənfəəti neft qiymətlərinin aşağı olması səbəbindən ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalıb.
Banco.az xəbər verir ki, “Saudi Aramco” tərəfindən açıqlanan maliyyə hesabatına əsasən, şirkətin xalis mənfəəti yanvar-mart dövründə 26 milyard dollara qədər azalıb. Şirkət ötən ilin eyni dövründə 27,3 milyard dollar xalis mənfəət açıqlamışdı.
Açıqlamada fikirlərinə yer verilən “Saudi Aramco”nun baş direktoru (CEO) Amin Nasser, bu ilin birinci rübündə qlobal ticarət dinamiklərinin iqtisadi qeyri-müəyyənliklərə səbəb olaraq neft qiymətlərinə təsir etdiyini bildirib. O, bu kontekstdə şirkətin nümayiş etdirdiyi fəaliyyətin “Aramco”nun güclü maliyyə göstəricilərini, aşağı maliyyətli əməliyyatlarının dəyərini və səmərəlilik yönümlü işləri ilə qabaqcıl texnologiyalara verdiyi əhəmiyyəti nümayiş etdirdiyini vurğulayıb.
Nasser həmçinin bazarlarda baş verən dalğalanmaların şirkətlərin kapital planlaşdırması və tətbiqinin əhəmiyyətini önə çıxardığını qeyd edərək, “Dalğalı dövrlərdə Aramco-nun dayanıqlılığı bizim maliyyə göstəricilərimizi və dividendlərimizi dəstəkləyir” deyə dəyərləndirmə verib.
Bizi sosial şəbəkələrdən izləyin!!