“Azərbaycan Beynəlxalq Bankı”nda xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılıb. | Banco.az

“Azərbaycan Beynəlxalq Bankı”nda xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılıb.

Banka istinadən verilən xəbərə görə, buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur.

Pensiyaçı ona ayrılmış bu limiti ATM - də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər)istədiyi zaman  xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək. Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız DSMF – yə məxsus olan kartlar, ƏƏSMN - ə məxsus kartlar istisna olmaq şərti ilə) avtomatik şəkildə layihəyə qoşulur.

Hazırda proqrama qoşulmuş ticarət subyektləri bunlardır:   ARAZ supermarketlər şəbəkəsi, Makro Market supermarketlər  şəbəkəsi, Riyadfarm apteklər şəbəkəsi (Ticarət subyektlərinin sayı  davamlı şəkildə artırılacaq)

Ən sərfəli kredit üçün müraciət et