Azərbaycanda 6 sığorta şirkətinin yığımları 5 milyon manatdan azdır | Banco.az

Azərbaycanda 6 sığorta şirkətinin yığımları 5 milyon manatdan azdır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı sığorta şirkətləri tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 399 milyon 83 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25 milyon 943 min manat və ya 7% çoxdur.

Hesabat dövründə 6 sığorta şirkətinin yığımları 5 milyon manatdan az olub. Bunlar A-Qroup Sığorta (4.4 milyon manat), Meqa Həyat Sığorta (3.7 milyon manat), Xalq Həyat Sığorta (2,5 milyon manat), AtaSığorta (2,5 milyon manat), AzSığorta (1,9 milyon manat), İpək Yolu Sığorta (482 min manat) olub. 

İlk rübdə Paşa Həyat Sığorta yığımlarının həcminə (161 milyon 832 min manat) görə lider olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram