Tramp Böyük Britaniya ilə ticarət razılaşmasını nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bu barədə New York Times yazıb.
Trampın Böyük Britaniya ilə ticarət sazişini mayın 8-i cümlə axşamı günü elan edəcəyi gözlənilir. Bundan əvvəl Amerika lideri Vaşinqtonun ilk böyük razılaşması ilə bağlı həmin gün böyük mətbuat konfransı keçiriləcəyini açıqlamışdı . Lakin o, müqavilənin kimlərlə bağlanacağını açıqlamayıb.
Bundan əvvəl ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair saziş imzalanıb və bu saziş çərçivəsində investisiya fondu yaradılacaq.
Bununla da Vaşinqton təbii ehtiyatların, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə edəcək.