Qeyri neft-qaz sektoruna yönəldilən xarici investisiyaların həcmi 3 dəfəyə yaxın artıb | Banco.az

Qeyri neft-qaz sektoruna yönəldilən xarici investisiyaların həcmi 3 dəfəyə yaxın artıb

2025-ci ilin yanvar-mart ayları ərzində xarici mənbələrdən Azərbaycanın qeyri neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 312.8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə artıb.

    Qeyd edək ki, bu ilin I rübündə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 948.7 milyon manata bərabər olub.

    apa