FED faiz qərarını nə zaman açıqlayacaq? | Banco.az

FED faiz qərarını nə zaman açıqlayacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) may ayı üzrə faiz dərəcəsi qərarı üçün geri sayım başlayıb.

Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankı (FED) son dəfə mart ayında faiz qərarını açıqlamış və faizi sabit saxlamışdı. May ayındakı yeni faiz qərarı öncəsində isə investorlar sərmayələrini daha təhlükəsiz limanlara yönəltməyə başlayıblar.

May ayı FED faiz qərarı nə vaxt açıqlanacaq?

ABŞ Federal Ehtiyat Sistemi (FED) Pul Siyasəti Komitəsinin iclası 6–7 may tarixlərində keçiriləcək və faiz qərarı 7 may tarixində, Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq.

Faiz gözləntisi nə istiqamətdədir?

Pul bazarlarında aparılan qiymətləndirmələrə əsasən, FED-in may ayında siyasət faizini dəyişməyəcəyi qətiliklə gözlənilir. Hazırda bazarlar, iyun ayında faiz endirimi ehtimalını 68% olaraq qiymətləndirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram