Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Yaponiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək 0,5 faiz səviyyəsində saxlayıb.

Banco.az xəbər verir ki, Yaponiya Mərkəzi Bankı sədr Kazuo Uedanın ABŞ-ın gömrük rüsumlarından qaynaqlanan qeyri-müəyyənlik səbəbilə faiz dərəcələrini artırmayacağına dair geniş yayılmış bazar gözləntiləri fonunda faiz dərəcəsini dəyişməyib.

Bankdan verilən məlumata görə, Ueda və idarə heyəti iki günlük iclasdan sonra uçot dərəcəsini 0,5% səviyyəsində saxlayıb.

Bloomberg-in keçirdiyi sorğuda iştirak edən 54 iqtisadçının hamısı Yaponiya Mərkəzi Bankının faizləri sabit saxlayacağını gözləyirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram