Azərbaycan və İran Təbriz-Bakı-Təbriz aviareysinin bərpasını müzakirə edir | Banco.az

Azərbaycan və İran Təbriz-Bakı-Təbriz aviareysinin bərpasını müzakirə edir

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir.

 İran KİV-i məlumat verir ki,  bunu qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bildirib.

Onun sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Bundan başqa, B.Sərmast qeyd edib ki, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi barədə razılıq əldə olunub:

"İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycanda təhsil alan İran tələbələri üçün sərhəd keçidinin sadələşdirilməsi, həmçinin İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi və birgə elmi-tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub".

report